RU

İlk 7 ayda Azərbaycana 34 mindən çox Çin turisti gəlib – 56% artım

Azərbaycan və Çin arasında ikitərəfli münasibətlərin inkişafı turizm sahəsinə də öz təsirini göstərir.

Finss.az-ın məlumatına görə, bu sözləri Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “China Ready” proqramının təqdimatı zamanı bildirib. O qeyd edib ki, Prezident İlham Əliyevin aprel ayında Çinə dövlət səfəri hərtərəfli strateji tərəfdaşlıq münasibətlərinin qurulmasına xidmət edir və turizm sahəsində yeni perspektivlər açıb.

Fuad Nağıyev vurğulayıb ki, Azərbaycan və Çin arasında aprel ayında Pekində imzalanan vizasız gediş-gəliş sazişi turist axınının artmasına birbaşa təsir göstərəcək və iqtisadi, humanitar və mədəni əlaqələrin genişlənməsinə töhfə verəcək.

Dövlət Turizm Agentliyinin məlumatına görə, bu ilin 7 ayı ərzində Azərbaycana 34 mindən çox Çin vətəndaşı gəlib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 56% artım deməkdir.

Turizm sahəsində çinli turistlərin qəbulu və yerli turizm sənayesinin hazırlıq səviyyəsinin artırılması məqsədilə “China Ready” konsepsiyası tətbiq olunur. Proqram çərçivəsində hotellər, nəqliyyat xidmətləri, bələdçilər və hava limanı işçilərinə beynəlxalq səviyyədə tanınan təlim və sertifikatlaşdırma sisteminə uyğun təlimlər təşkil ediləcək.

Fuad Nağıyev layihənin ikitərəfli turizm əlaqələrinin yeni səviyyəyə çıxmasına töhfə verəcəyini vurğulayıb və əlavə edib ki, Çin əsas turizm bazarlarından biridir və Dövlət Turizm Agentliyi bu istiqamətdə fəaliyyətini genişləndirməyi planlaşdırır.

Избранный
10
fins.az

1Источники